"Sabah" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Barselona"ya uduzdu - 1:4.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Dünən dediz ki, "Barselona"nın icazə verdiyi qədər oynayacağıq. Bu gün belə oldu, yoxsa "Sabah" öz oyununu qura bildi?
- Dünən həm də əlimizdən gələni edəcəyimizi demişdik. Məncə, bunu bacardıq. Qabiliyyətlərimizdən daha çoxunu göstərməyə çalışdıq. Amma kifayət etmədi. Oyuna yaxşı başladıq, boşluqlar buraxmamağa çalışdıq. Onların topu bir-birilərinə necə ötürdüklərini, necə sürətli çıxış etdiklərini gördüz. Rəqibə baxanda gözlərim və boynum ağrıyırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Xüsusən ilk hissədə daha yaxşısını edə bilərdik. Oyunçularım ölkə çempionatında vertikal oynayırlar, "Barselona" ilə matçda isə mərkəzdən irəliləmək mümkün olmur. Bu matçda cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətlərlə bağlı məşqlər etmişdik. Təəssüf ki, həmin fürsətlərdən stifadə edə bilmədik. İkini hissədə "Barselona" yenə özünü göstərdi. Onlar məğlub vəziyyətdən anidən qalib duruma keçə bilir. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm. Çünki mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlar yaratdılar. Biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə bəs etmədi.
- Xəyal haqda nə düşünürsüz?
- Çox gözəl performans sərgilədi. İkinci hissədə də oynamasını planlaşdırırdıq. Bu gün hər kəs 90 dəqiqə oynamaya bilərdi. Xəyal çox qaçdı, rəqibə təzyiq göstərdi, gözəl hücumlarla yadda qaldı. 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Düşünürəm ki, o, Azərbaycanın ən yaxşı futbolçularından biridi. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha yaxşı olacaq.
- Epizodlar yaratdıqca "Barselona"dan xal almaq düşüncəniz yaranırdı?
- Bəli, biz yaxşı nəticəyə həmişə inanmışıq. Əlbəttə, meydançaya çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Əlimizdən gələni etdik. Standart vəziyyətlərdən yararlana biləcəyimizə ümid var idi. Amma müsbət məqamlar da oldu ki, həmin taktikalardan yerli liqada da istifadə edə bilərik. Matçı daha ətraflı şəkildə analiz edəcəyik.
- Bu matçdan nə qazandız?
- Çox şey... Saymaq istəsək, burda səhərə kimi qalmalıyıq. Oyuna yaxşı başlamışdıq. Birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq. Məsələnin psixoloji yönü də var. Yorğunuq. Əsas iş baş verənlərə reaksiyamız idi.
- Flik komandanızı və sizi çox təriflədi. Bu cür məşqçidən tərif eşitmək sizdə hansı təəssüratları yaradır?
- O, çox tərbiyəli və mənəvi cəhətdən yüksək şəxsdi. Sözlərinə görə sağ olsun.
- "Zenit"dən icarəyə götürülən Du Keyruş özünü göstərə bilmir və hər matçda əvəzlənir. Onun uyğunlaşma prosesi gec gedir? Niyə ön plana çıxmır?
- İstedadı oyunçudu. Komandaya uyğunlaşmağa çalışır. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçular çoxdu. Rotasiyalar edirik. Keyruş universal, bizim üçün vacib futbolçudur. Zamanla təkmilləşəcək.
- Zedadkanın zədəsi nə dərəcə ciddidi?
- Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdu.
"Rəqibə baxanda gözlərim və boynum ağrıyırdı" - Valdas Dambrauskas
Avrokuboklar / Manşet





