“Əl-Nəssr”i tərk etdi

5.09.2024 14:54 204
Dünya futbolu
“Əl-Nəssr” Aleks Telleslə yolları ayırıb.

Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Telles “Əl-Nəssr”də 2023-cü ildən oynayırdı.

O, daha əvvəl “Qalatasaray”, “Mançester Yunayted”, “İnter”, “Portu” və “Sevilya”da çıxış edib.