AFFA iki kluba texniki məğlubiyyət verdi

5.09.2024 13:51 244
Ölkə futbolu
AFFA İntizam Komitəsi 2-ci liqada çıxış edən “Hypers Quba” və "Şəki Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, hər iki kollektiv 1-ci turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

“Hypers Quba” “Araz-Saatlı”yla görüşdə Hakan Həsənovun, “Şəki Siti" isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb. Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.

Qeyd edək ki, “Hypers Quba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.