2-ci liqada ilk turun cədvəli bilindi

13.08.2024 16:08 379
Aktual / II liqa
Bu gün AFFA-nın inzibati binasında 2-ci liqanın 2024/25 mövsümü üçün püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, tədbirdə iştirak edən klub nümayəndələrinin seçimləri nəticəsində 1-ci turun cədvəli belə formalaşıb:

Lerik - Füzuli
Şəki Siti - Şəmkir
Hypers-Quba - Araz Saatlı
Göygöl - Şimal
Ağdaş - Kür-Araz
Şahdağ Qusar - Dinamo
Şəfa - Qusar

Qeyd edək ki, 2-ci liqada yeni mövsümə sentyabrın 1-də start veriləcək. Çempionat bu dəfə də iki dövrədən ibarət olacaq.

KƏNAN BAHADIR