İntizam Komitəsi 2 kluba texniki məğlubiyyət verdi

9.04.2024 16:55 167
Ölkə futbolu
AFFA İntizam Komitəsi “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, buna "Metropoliten"in 1-ci liqanın 18-ci turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.

“Record Club” isə yüksək liqanın 18-ci turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.

İntizam Komitəsi buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.