AFFA iki kluba texniki məğlubiyyət verdi

25.06.2024 16:23 315
Ölkə futbolu
AFFA-nın İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, cəzaya məruz qalan komandalardan biri U-17, digəri U-16 Liqası iştirakçısıdı.

U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında isə “Masallı” “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.