O da Asiyaya üz tutdu

4.09.2024 11:34 261
Dünya futbolu
Ayaks” aparıcı oyunçularından birini satıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan Niderland klubu Stiven Berqveyni satıb. Amsterdam klubunun mətbuat xidmətinin məlumatına görə 26 yaşlı yarımmüdafiəçi “Əl-İttihad”a keçib. Səuddiyə Ərəbistanı klubu bu transfer üçün “Ayaks”a 21 milyon avro ödəyəcək.

Berqveyn ötən mövsümdə Niderland çempionatında meydana çıxdığı 24 oyunda 12 qol vurub və 4 məhsuldar ötürmə edib. Əlavə edək ki, “Qarabağ” Avropa Liqasında “Ayaks”la oktyabrın 24-də Bakıda qarşılaşacaq.