''Beşiktaş''da Omar Kollinin ayrılması ilə bağlı xəbərlər rəsmən təsdiqini tapdı.
31 yaşlı mərkəz müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək. O, PAOK-la ''1+1'' illik müqavilə imzalayıb.
İstanbul nəhənginin qazanacağı məbləğ müxtəlif şərtlərdən asılı olacaq. Hər halda klubun rəsmi açıqlamasında məhz bu cür qeyd olunub. Qambiyalı futbolçu ''Beşiktaş''a 2022/23-ün qış fasiləsində 2,3 milyon avroya ''Sampdoriya''dan gəlmişdi.
İndiki transfer dəyəri 3,5 milyon avro civarında qiymətləndirilən Kollinin ''ağ-qaralar''la müqaviləsi gələn yay başa çatırdı. Kolli müdafiəçi olmasına rəğmən məhsuldarlığı ilə diqqət çəkərək ''Beşiktaş''da 46 rəsmi oyuna 8 qol vurdu. Xatırladaq ki, ''Qartal'' bir neçə gün öncə ''Auqsburq''dan almaniyalı müdafiəçi Feliks Uduoxaini heyətinə qatmışdı.
ƏLİ