• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Madrid nəhəngləri yenə büdrədi, “Barsa” isə hələ xal itirməyib - TURUN ŞƏRHİ

Dünya futbolu

3-09-2024, 12:0

La Liqada 3-cü tur yarımçıq oldu. Nədənsə turu həftəortasına salan ispanlar “Betis” – “Xetafe” oyununu “qurban verdi”. Turun qalan oyunlarına gəlincə, “Vilyarreal” “Selta”nı “öz silahı ilə vurdu”, yəni viqolular üzərində əzmkar qələbə qazandı. Maraqlıdı ki, “Selta” ilk iki turda belə qələbəyə sevinmişdi. Nəhənglərdən “Barselona” 2:1 hesabına “abunədi”. Kataloniyalıların ardıcıl 3-cü qələbəsi də bu hesabla oldu. Madridlilər – “Real”la “Atletiko” növbəti dəfə xal itkisi ilə barışdı. Sadəcə, “ağ şimşəklər” 1:1, “hindular” 0:0 ilə kifayətləndi.

Turun oyunlarından üçündə qol vurulmadı. “Valyadolid”lə “Leqanes” bütün dəyişikliklərdən yararlandı, hakim futbolçulara 6 sarı vərəqə göstərdi, meydan sahibləri qələbə yaxın olsa da, heç cür fərqlənə bilmədi. “Malyorka” hələ ki evdə uduzmur, ancaq qələbə də qazana bilmir. “Sevilya” artıq İspaniyada favoritlərdən sayılmasa da, meydan sahibləri ilə müqayisədə daha şanslı idi. Turun 3-cü qolsuz heç-heçəsi və ən böyük sensasiyası “Vanda Metropolitano” stadionunda qeydə alındı. Artıq 15-ci dəqiqədə hesab 3:0 və ya 4:0 olmalıydı. “Atletiko” qol imkanlarını sağa-sola xərcləyirdi. Oyunun belə axarından narazı qalan Dieqo Simeone fasilədə üç dəyişikliyə əl atdı. 55-ci dəqiqədə Rikelme “Espanyol”un qapısına yol tapsa da, VAR-la məsləhətləşən referi qolu qeydə almadı. Sonda “hindular” təzyiqi artırdı. Rikelmenin növbəti qolu da ofsayda görə sayılmayandan sonra “Atletiko” üçün xal itkisi qaçılmaz oldu.

“Real Sosyedad” – “Alaves” oyunu dramatik axarda keçdi. 29-cu dəqiqədə hədsiz kobud oyuna görə Oyarsabal meydandan qovuldu. Maraqlıdı ki, bundan dərhal sonra San-Sebastyan klubu hesabı açdı. Amma meydan sahibləri tezliklə azlıqda qalmağın acısını yaşadı. İlk yarıya əlavə olunan vaxtda qonaqlar hesabı bərabərləşdirdi. Sonradan meydana çıxan Martines 77-ci dəqiqədə “Alaves”ə qələbə qazandıran qolu vurdu.

Mövsümün əvvəlində “sakitliyi pozan” komandalardan ikisi – “Selta” ilə “Vilyarreal” şəxsi dueldə uz-üzə gəldi. İlk yarıda qapılara üç qol vuruldu. “Selta” 12-ci dəqiqədə hesabı açdı, 31-ci dəqiqədə bir daha irəli çıxdı. Amma “sarı sualtı qayıq” 2-ci hissədə ev sahibi olduğunu dərk etdi və oyunun axarını dəyişdi. Barri və Jailsonun qolları ilə irəli çıxan “Vilyarreal” Starfeltin 80-ci dəqiqədə hesabı bərabərləşdirməsinə mane ola bilmədi – 3:3. Bununla belə, qələbə meydan sahiblərinə qismət oldu. 10-cu (!) uzatma dəqiqəsində təyin olunan penaltini Parexo qola çevirə bilməsə də, qapıçıdan dönən topu təkrar zərbə ilə tora göndərdi.

“Barselona” çoxdan “Rayo Valyekano”nun meydanında qalib gələ bilmirdi. Artıq 9-cu dəqiqədə Unay Lopes Ter Ştegenin qoruduğu qapıya yol tapanda hər kəsə elə gəldi ki, bu seriya davam edəcək. “Barsa” qoldan sonra təşəbbüsü ələ keçirsə də, fasiləyə qədər hesabı bərabərləşdirə bilmədi. Flik 2-ci hissədə yalnız zədəli müdafiəçi Kristensensin əvəzinə qeydiyyatdan keçirilməsi mümkün olan Olmonu “döyüşə atdı”. Və Avropa çempionu ümidləri doğrultdu! Düzdü, cavab qolunda o iştirak etmədi. Rafinyadan ötürmə alan Pedri cərimə meydançasının mərkəzindən sağ “9-luğ”u “nişan aldı”. Ardından Levandovski fərqlənsə də, yetərincə şübhəli şəraitdə qol qeydə alınmadı. Olmo isə 82-ci dəqiqədə səhnəyə çıxdı. Yamal üç müdafiəçinin diqqətini özünə çəkəndən sonra uzaq dirək önünə ötürmə verdi və Avropa çempionu hesabı dəyişdi. “Arılar”ın hesabı bərabərləşdirmək üçün gücü qalmamışdı.

“Valensiya”nın fiaskosu davam edir. Növbəti mövsüm “Liverpul”un formasını geyəcək Mamardaşvili “Atletik”lə səfər oyununda da qapısının toxunulmazlığını qoruya bilmədi. İlk yarıda rəqib qapısına bir zərbə də vurmayan “yarasalar” hissənin sonunda haqlı olaraq Pradosun qoluna üzüldü. Fasilədən sonra da heç nə dəyişmədi. “Atletik” hücum etdi, “Valensiya” müdafiə olundu.

Ötən mövsümün kəşfi “Jirona”, nəhayət, qələbə hesabını aça bildi. Kataloniyalılar bütün qəzəbini “Osasuna”nın üzərinə tökdü – 4:0! Sıqankov 34-cü dəqiqədə Xilə assistentlik etdi, 53-cü dəqiqədə isə fərqi artırmaqla oyunun taleyinə aydınlıq gətirdi. “Osasuna” 2-ci hissədə. ümumiyyətlə, hücumda heç nə ilə yadda qalmadı.

Elə təəssürat yaranır ki, Madrid nəhəngləri sinxron şəkildə xal itirməyə qərar varib. “Atletiko”nun ardından “Real” da heç-heçə etdi. “Ağ şimşəklər” Kanar adalarının qonağı idi. Artıq 5-ci dəqiqədə Moleyro onları məyus etdi. Fasilədə iki dəyişikliyə əl atan Ançelotti az qala 2-ci qola da üzüləcəkdi. Sadəcə, Kurtuanı da aldadan Ramires boş qapıya düşə bilmədi. “Real” nə qədər təzyiq göstərsə də, qol vurmaqda çətinlik çəkirdi. Ancaq cərimə meydançasında əllə oynayan Suares qonaqların köməyinə çatdı. Penaltini Mbappeyə etibar etməyən Vinisius hesabı bərabərləşdirdi. Bundan sonra “Las Palmas” üçün daha çətin dəqiqələr başladı. Sadəcə, “Real”ın təzyiqi qol gətirmədi. “Las Palmas” isə 2-ci qolu da vurdu. Mata hücumun əvvəlində ofsaydda olduğundan qol qeydə alınmadı.

3-cü tur
Rayo Valyekano – Barselona 1:2
U.Lopes, 9 – Pedri, 60. Olmo, 82. (14031)
Barselona: Ter Ştegen, Martin (Balde, 65), Martines, Kubarsi, Kunde, Pedri (F.Lopes, 90+1), Bernal, Torres (Olmo, 46), Rafinya, Yamal (Viktor, 90+6), Levandovski.
Las Palmas – Real 1:1
Moleyro, 5 – Vinisius, 69-p. (31192)
Real: Kurtua, Mendi (F.Qarsiya, 46), Rüdiger, Militao, Vaskes (Karvaxal, 76), Modriç (Gülər, 64), Çuameni, Valverde, Vinisius (Endrik, 86), Dias (Rodriqo, 46), Mbappe.
Atletiko – Espanyol 0:0
(56669)
Atletiko: Oblak, Lino (Barrios, 46), Aspilikueta, Vitsel, Le Norman, Molina (Lyorente, 46), Rikelme, Koke, De Paul (Korrea, 62), Alvares (Qrizmann, 46), Sörlot (Mandava, 73).
Vilyarreal – Selta 4:3
Kardona, 26. Barri, 60. Jailson, 64-öz qapısına. Parexo, 90+10 – İqlesias, 12. Minqesa, 31. Starfelt, 80. (19651)
Vilyarreal: Konde, Kardona, Beyi (Koşta, 58), Albiol, Femenya, Baena (Geye, 72), Parexo, Komesanya, Pino (Pepe, 58), Qruneveld (Barri, 59), J.Moreno (Peres, 46).
Atletik – Valensiya 1:0
Prados, 45+1. (48644)
Real Sosyedad – Alaves 1:2
Mendes, 32 – Vilyalibre, 45+5. Martines, 77. (32220)
Jirona – Osasuna 4:0
Xil, 34. Sıqankov, 53. Ruis, 56. Stuani, 90. (13275)
Malyorka – Sevilya 0:0
(20470)
Valyadolid – Leqanes 0:0
(21764)

“Betis” – “Xetafe” oyunu Sevilya klubu Konfrans Liqasında mübarizə apardığına görə təxirə salınıb.

1. Barselona 3 3 0 0 6-3 9
2. Vilyarreal 3 2 1 0 8-6 7
3. Selta 3 2 0 1 8-6 6
4. Atletiko 3 1 2 0 5-2 5
5. Real 3 1 2 0 5-2 5
6. Leqanes 3 1 2 0 3-2 5
7. Jirona 3 1 1 1 5-4 4
8. Alaves 3 1 1 1 3-3 4
9. Rayo Valyekano 3 1 1 1 3-3 4
10. Atletik 3 1 1 1 3-3 4
11. Valyadolid 3 1 1 1 3-3 4
12. Osasuna 3 1 1 1 2-5 4
13. Real Sosyedad 3 1 0 2 3-4 3
14. Xetafe 2 0 2 0 1-1 2
15. Betis 2 0 2 0 1-1 2
16. Las Palmas 3 0 2 1 4-5 2
17. Sevilya 3 0 2 1 3-4 2
18. Malyorka 3 0 2 1 1-2 2
19. Espanyol 3 0 1 2 0-2 1
20. Valensiya 3 0 0 3 2-6 0


Bombardir: Levandovski (Barselona) – 3.

Turun rəqəmi
1 – Dani Olmo “Barsa”da debüt oyunundaca, özü də səfərdə fərqləndi. Kataloniyalıların heyətində sonuncu dəfə bunu 2014-cü ilin avqustunda – “Vilyarreal” ilə oyunda Sandro Ramires bacarmışdı.
Turun ulduzu
Rafinya (Barselona) - əlbəttə, Olmo oyuna yaxşı qoşuldu, ancaq o, meydanda yalnız bir hissə oldu. Braziliyalı isə oyunboyu möhtəşəm təsir bağışladı, “Barsa”nın hücumlarını yönəltdi, ağıllı qərarlar verdi. Məhsuldar ötürmə müəllifi də oldu.

Turun sitatı
Pedri, “Barselona”nın yarımmüdafiəçisi:

“Olmo gələndən sonra bizdə böyük dəyişikliklərin olacağını bilirdim. Onun oyuna baxışı tamaşadı, yığmadan tanıyıram, bizi çoxlu maraqlı şeylər gözləyir. Bütün məşqçilər kimi, Flik də mənə meydanda oyunu sakitləşdirməyi tapşırır. Qol? Fasilədə Rafinya ilə danışanda dedim ki, sən belə ötürmə versən, top özü qapıya gedəcək”.


Reaksiyalar
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Oyunun ilk dəqiqələri istədiyimiz kimi keçmədi. Topla pis davranırdıq. 2-ci hissədə “Barselona” daha yaxşı oynadı. Düşünürəm ki, qələbə ədalətli nəticədi. İkinci hissədə topa daha yaxşı nəzarət etdik, səbəbi budu ki, artıq Olmo meydanda idi. O, topla yaxşı hərəkət edir, topsuz pressinqdə də özünü göstərdi, bir sözlə, fərq yaratdı. İndi 9 mümkün xalın hamısını toplamışıq, ancaq iş davam edir. Bernalın zədəsi heç yerinə düşmədi. Paltardəyişmə otağında heç kim qələbəyə sevinə bilmədi. Pedriyə gəlincə, sadəcə, zərbə aldı, düşünürəm ki, onun sağlıq durumu ilə bağlı hər şey qaydasındadı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Xarakterlə və ya oyuna münasibətlə bağlı çatışmazlıq hiss etmirəm. Bəzən, sadəcə, daha yaxşı oynamağın yolunu tapa bilmirsən. Problem yarananda məhz məşqçi çıxış yoluna tapmaq üçün məsuliyyəti öz üzərinə götürməlidi. Və mən bunu edəcəm. Təqvim sıxdı, tezliklə bərpa olunmalıyıq, bazar günü bizi növbəti oyun gözləyir. Xoşbəxtlikdən ilk üç oyun mənə qaydasında olmayan bir çox məqamları göstərdi. Onları aradan qaldırmağı vaxtıdı. “Malyorka” ilə oyunda da eyni problemləri yaşamışdıq, ləng oynamışdıq”.


Faktlar
* Vinisius 2024-cü ildə yerinə yetirdiyi bütün penaltiləri qola çevirib. O, “Barselona” ilə çempionat və Superkubok oyunlarında, eləcə də “Las Palmas”la çempionat, “Bavariya” ilə ÇL oyununda “nöqtə”yə yaxınlaşıb.
* Ruben Baraxanın çalışdırdığı “Valensiya” 2016/17 mövsümündən bəri ilk dəfə ardıcıl üç məğlubiyyətlə başlayıb. Həmin vaxt komandanın “sükanı arxasında” Pako Ayestaran idi.
* “Atletiko” “Espanyol”la oyunun ilk yarısında qapıya 13 zərbə vursa da, hesabı aça bilmədi. Cari mövsümdə “böyük beşlik” ölkələrində heç bir başqa komanda belə nəticə göstərməyib.
* Flik ilk üç çempionat oyununda meydana yaşı 18-dən aşağı olan üç futbolçu buraxıb. La Liqada 21-ci əsrdə yalnız bir baş məşqçi indiyə qədər belə etmişdi - Xavi mayda “Almeriya” ilə oyunda.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

31-08-2024, 11:0

“Barselona” ilə “Selta” zirvəyə şərikdi - ŞƏRH

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

21-06-2024, 11:0

“El Klasiko” nə vaxt keçiriləcək?

Dünya futbolu

19-04-2023, 20:0

“Real”la xal fərqi azaldı, “Barsa” qazondan şikayətləndi – TURUN ŞƏRHİ

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
  • 5-06-2026, 21:0
    "Şamaxı"da növbəti ayrılıq
  • 5-06-2026, 21:0
    Sadıq Sadıqov dünyasını dəyişdi
Daha çox
Oxunub: 695
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 238
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə