Özünə yeni klub tapdı

2.09.2024 20:30 308
Dünya futbolu
“Barselona”dan ayrılan Markos Alonsonun yeni klubu müəyyənləşib.

33 yaşlı futbolçu “Selta”ya keçib. Bu barədə Viqo klubunun saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə “1+1 il”lik müqavilə imzalanıb.

Qeyd edək ki, Alonso “Barselona”dan iyun ayında ayrılmışdı.