"Arsenal" London klubuna 70 milyon avro ödədi

29.06.2023 18:50 267
Dünya futbolu
Kay Haverts artıq “Arsenal”ın oyunçusu sayılır.

"Football-plus.az" xəbər verir ki, onun bu kluba keçidi rəsmiləşib. Almaniya millisinin yarımmüdafiəçisi ilə "5" illik müqavilə imzalanıb. “Arsenal” bu transfer üçün “Çelsi”yə 70 milyon avro ödəyib. Müqavilədə 5 milyon avroluq bonus da nəzərdə tutulub.

Qeyd edək ki. 24 yaşlı futbolçu “Çelsi”də 2020-ci ildən çıxış edirdi. O, premyer-liqanın son mövsümündə iştirak etdiyi 35 oyunda 7 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.