“Arsenal”ı bu yay daha iki oyunçu tərk edib. Mett Törner ilə Enzli Meytlend-Naylz da London klubu ilə vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, Törner yeni mövsümə İngiltərənin başqa klubunda başlayacaq. 29 yaşlı qapıçı “Nottingem Forest”lə 4 illik müqavilə bağlayıb. “Arsenal” ABŞ yığmasının oyunçusunun satışından 10 milyon funt sterlinq irəli düşüb. Törner “topçular”ın formasını 2022-ci ildən geyirdi. O, premyer-liqanın son mövsümündə yalnız bir oyunda meydana çıxmaq şansı qazanıb.
Meytlend-Naylz isə paytaxt klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. O, Fransaya üz tutub. Enzlinin “Lion”la bağladığı müqavilənin müddəti 4 illiyə nəzərdə tutulub. 25 yaşlı ingilis yarımmüdafiəçi son mövsümü icarə əsasında “Sauthempton”da keçirmişdi. Enzli daha əvvəl bu statusla “Roma” və “Vest Bromviç”in formasını geyib.
“Arsenal”ı daha iki oyunçu tərk etdi
Dünya futbolu


