"Barselona" "Kristal Pelas"ın hücumçusunu transfer edə bilər

3.01.2023 13:46 311
Dünya futbolu
"Kristal Pelas"ın hücumçusu Uilfrid Zaha yayda klubunu dəyişə bilər.

"Football-plus.az" sport.es-ə istinadən xəbər verir ki, "Barselona" 30 yaşlı futbolçu ilə maraqlanır. Kataloniya təmsilçisi Uilfridi Robert Levandovskinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Daha əvvəl Britaniya mətbuatı Zahanın "Kristal Pelas"la müqaviləsini yeniləmək niyyətində olmadığını və özünə yeni komanda tapmağı planlaşdırdığını yazmışdı. Fildişi Sahili millisinin üzvü bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.