"Qarabağ"ın Avropa Liqasında rəqibləri müəyyənləşdi

30.08.2024 15:57 331
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının liqa mərhələsində rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq. Təmsilçimiz üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Bodo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar FKSB (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.