Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

7.08.2023 15:36 283
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası 3-cü raundda HİK-ə (Finlandiya) qalib gələrsə, növbəti mərhələdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

"Qarabağ" - HİK cütünün qalibi ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.