"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Cənubi Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda gerçəkləşəcək.
"Qarabağ"ın növbəti raunddakı potensial rəqibləri bəlli olub
Çempionlar Liqası



