Ozancan oynadı, komandası KL-in liqa mərhələsinə yüksəldi

30.08.2024 13:29 295
Dünya futbolu
Millimizin üzvü Ozancan Kökçünün də formasını geydiyi HİK (Finlandiya) Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, komanda pley-off mərhələsinin cavab oyununda Farer adalarınn “Klaksvik” klubuna 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında lk görüş 2:2 hesabı ilə başa çatmışdı. İki oyunun nəticəsinə əsasən, HİK mərhələ adlayıb.

Ozancan da bu matçda iştirak edib. Kökçü 67-ci dəqiqədə meydana çıxıb.