Ozancan oynadı, komandası 1 xal qazandı

16.03.2024 16:00 157
Dünya futbolu
Niderland 1-ci divizionunda 31-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizim üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Eyndhoven" səfərdə "Dortrext"lə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Ozancan da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi meydana start heyətdə çıxıb. O, 90+2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eyndhoven" hazırda turnir cədvəlində 38 xalla 13-cüdü.