Ozancan oynadı, komandası pley-offa yüksəldi

16.08.2024 10:52 331
Dünya futbolu
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Ozancan Kökcünün yeni transfer olunduğu HİK (Finlandiya) səfərdə Monteneqronun "Deçiç" klubu ilə qarşılaşıb. Evdə rəqibinə 1:0 hesabı ilə qalib gələn HİK bu dəfə 1:2 hesabı ilə uduzub. Penaltilər seriyasında HİK qalib gələrək (4:3) pley-offa yüksəlib. Ozancan start heyətdə meydana çıxıb və ikinci hissənin startında əvəzlənib.

Qeyd edək ki, HİK pley-offda "Klaksvik"lə (Farer adaları) üz-üzə gələcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul