Azər Bağırov istefa verdi

6.04.2024 19:00 789
Ölkə futbolu
"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov istefa verib.

"Football-plus.az" xəbər verir ki, o, bu barədə fikrini klub rəhbərliyinə bildirib. "Araz-Naxçıvan"ın gün ərzində A.Bağırovla bağlı mövqeyini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli premyer-liqasında hazırda 32 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında 1-ci divizionun çempionu olub.