Görəsən, buna səbəb nədi? Yoxsa təkcə baş məşqçi istefa verib, köməkçiləri qalıb? Azər Məmmədov “Football-plus.az”ın sualını cavabladı:
“Biz məşqçilər korpusu olaraq, hamımız istefa vermişdik. Sadəcə, İdarə Heyətinin sədri İlqar Nadirinin istəyinə əsasən, köməkçi məşqçilər müvəqqəti komandada qaldı. Bildiyimə görə, buna Xaliq Mərdanovun işlərinin çoxluğu səbəb olub. Köməkçilərimin gələcək taleyi haqda məlumatım yoxdu. Yeni baş məşqçi istəsə, bəlkə komandada qala bilərlər”.
KƏNAN BAHADIR






