Dortmund ''Borussiya''sında çıxış edən Türkiyə yığmasının üzvü Salih Özcanla bağlı sürpriz transfer xəbəri yayılıb.
Almaniyanın ''Kikker'' nəşrinin yazdığına inansaq, əsas heyət üzvü sayılmadığına görə Dortmunddan ayrılmaq qərarına gələn 26 yaşlı yarımmüdafiəçi icarə əsasında ''Volfsburq''a keçməyin biraddımlığındadı.
Klublar arasında artıq anlaşma əldə olunub və bu transferin bu ayın sonuna qədər açıqlanacağı gözlənilir. Salihin adı bir müddət öncə ''Beşiktaş'' və ''Qalatasaray''la da yanaşı hallanmışdı. 2022-ci ildə 5 milyon avroya ''Köln''dən transfer edilən Özcan 2 mövsüm ərzində ''Borussiya''da 70 rəsmi oyuna çıxaraq aktivinə 2 məhsuldar ötürmə yaza bildi. Onun ''arılar''la hələ ikiillik müqaviləsi var.
Xatırladaq ki, ''Borussiya''nı türkiyəli məşqçi Nuri Şahin çalışdırır.
ƏLİ