Türkiyə yığmasının yeni üzvlərindən olan Salih Özcan klubunu dəyişmək üzrədi. '
'Köln''ün şərəfini qoruyan 24 yaşlı yarımmüdafiəçi həm yeni səviyyəyə yüksəlmək, həm də ÇL-də oynamaq istədiyi üçün Dortmund ''Borussiya''sının təklifini qəbul edib.
''Bild'' nəşrinin yazdığına inansaq, futbolçu artıq Dortmundda tibbi müayinədən keçib. Salihin ''Köln''lə 2023-ə qədər müqaviləsi mövcud idi. Ona görə də ''Borussiya''nın ''keçilər''ə təxminən 10 milyon avro təzminat ödəyəcəyi gözlənilir.
Özcan bu mövsüm ''Köln''ün heyətində 34 rəsmi oyuna çıxaraq 2 qol vurub. Bu futbolçu uzun müddət Almaniyanın aşağı yaş qrupları üzrə komandalarının şərəfini qorusa da, əsas yığma seçimində üstünlüyü Türkiyəyə vermişdi. Salih martda Konyada İtaliyaya qarşı keçirilən yoldaşlıq oyununda ''ay-ulduzlular''ın heyətində debüt etmişdi.