"Fulhem"in futbolçusu "Alanyaspor"da

8.09.2022 14:52 341
Dünya futbolu
"Alanyaspor" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Super Liqa təmsilçisi "Fulhem"dən İvan Kavalyeronu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı cinah oyunçusu 2023-cü ilin yayına qədər Türkiyə klubunda forma geyinəcək.

2020-ci ilin yanvarından "Fulhem"də çıxış edən 28 yaşlı vinger İngiltərə təmsilçisində 104 oyunda 11 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.