Kvaratsxeliya üçün xoş xəbər

25.08.2024 19:21 349
Dünya futbolu
Xviça Kvaratsxeliyanın həyatında əlamətdar hadisə baş verib. Gürcüstan yığmasının və “Napoli”nin aparıcı futbolçusu ata olub.

Xviça bu xoş xəbəri sosial şəbəkə hesablarında yayıb. 23 yaşlı yarımmüdafiəçinin oğlan övladı dünyaya gəlib. Oğluna Damian adını verən futbolçu paylaşımında belə yazıb:
“Həyatımın ən xoşbəxt günü - 21 avqust 2024-cü il. Xoş gəldin, Damian Kvaratsxeliya”.

Xviça “Napoli”də 2022-ci ilin yayından çıxış edir. Onun atası Badri Kvaratsxeliyanın vaxtilə Azərbaycan yığmasında oynadığını da bildirək.