PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

23.08.2024 11:55 331
Ölkə futbolu
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Millətlər Liqasında keçiriləcək Latviya - Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da baş tutacaq.