AFFA rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

24.05.2022 19:51 478
Ölkə futbolu
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin 3-cü tur oyununda UEFA nümayəndəsi olacaq.

Noyabrın 9-da Oslodakı “Ullevaal” stadionunda keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.