AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

15.09.2023 12:58 234
Ölkə futbolu
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Millətlər Liqasının Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.