AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

14.04.2022 17:07 601
Ölkə futbolu
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

Qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində aprelin 24-də keçiriəcək “Lion” (Fransa) – PSJ (Fransa) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.