PFL rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı

5.08.2024 14:33 320
Ölkə futbolu
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Türkiyədə yerli "Başakşəhər" və Gürcüstanın "İberiya" komandaları arasında keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 15-də baş tutacaq.