"Qəbələ"nin futbolçusu əməliyyat olundu

23.05.2022 22:33 457
Ölkə futbolu
"Qəbələ"nin futbolçusu Urfan Abbasov əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı müdafiəçi sağ ayağındakı problemə görə bıçaq altına girməli olub. Futbolçunun əməliyyatı uğurlu keçib.

Abbasov Premyer Liqanın XXV turunda "Zirə" ilə matçda zədələnmişdi.