“Səbail”in futbolçusu əməliyyat olundu

8.12.2023 14:53 240
Premyer-liqa
“Səbail”in futbolçusu Süleyman Əhmədov əməliyyat olunub.

“Football-plus az” xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, premyer-liqanın 15-ci turunda “Araz-Naxçıvan”la (1:1) keçirilən oyundan əvvəlki məşqlərin birində zədələnən yarımmüdafiəçi bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib.

S.Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.