“Bavariya”da ciddi itki

15.04.2024 11:15 136
Dünya futbolu
“Bavariya”nın aparıcı oyunçularından biri ciddi zədə alıb.

Kinqsli Koman Almaniya çempionatının “Köln” ilə oyununda (2:0) sıradan çıxıb. Münhen klubunun yaydığı məlumatda yarımmüdafiəçinin sağ bud əzələsinin xəsarət aldığı bildirilib.

Kinqslinin bu səbəbdən bir neçə həftə futbol oynaya bilməyəcəyi də qeyd edilib.