Münhendən Leverkuzenə yollandı

22.08.2023 19:51 214
Dünya futbolu
Yosip Stanişiç “Bavariya”nı müvəqqəti tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, çıxışını Almaniyanın digər klubunda davam etdirəcək. 23 yaşlı müdafiəçi birilliyə “Bayer-04”ə icarəyə verilib. Leverkuzen klubunun Xorvatiya yığmasının oyunçusunu birdəfəlik transfer etmək hüququ yoxdu.

“Bavariya”nın yetirməsi olan Yosip bundesliqanın son mövsümündə 14 oyun keçirib.