Legionerlər “Qəbələ”nin başına bəla oldu – “hələ razılığa gələ bilməmişik”

19.08.2024 13:51 744
Ölkə futbolu / Manşet
“Qəbələ”, nəhayət, ötən mövsümün sonundan bəri danışıqlar apardığı Kristofer Atanqana ilə yolları ayırdı. Müqavilə müddəti bitməyən legioner klubdan kompensasiya alaraq getmək təklifini qəbul etdi. Qalan iki legioner də uzun müddətdi baş məşqçinin istəyi ilə komandadan ayrı məşq edir. Zurab Oçiqava və Samuel Tettenin taleyi ilə bağlı hər hansı məlumat paylaşılmadı.

Bəs “qırmızı-qaralar” Oçiqava və Tette ilə bağlı nə düşünür?

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı bu barədə “Football-plus.az”a açıqlama verdi:

“Atanqana ilə razılaşıb, müəyyən kompensasiya qarşılığında müqaviləyə xitam verdik. Oçiqava və Tette ilə kompensasiya mövzusunda razılığa gələ bilməmişik. Bu üzdən onlar hələ ki “Qəbələ”də fərdi məşqlərə davam edirlər”.

RÖYANƏ OĞUZ