“Qəbələ”nin legionerləri komandadan ayrı məşq edir

2.08.2024 21:35
I liqa / Manşet
“Qəbələ” növbəti mövsümün hazırlığına iyulun 25-də start verdi.

1-ci liqa təmsilçisi transferlərə də başlayıb. Bu sırada diqqətçəkən məqam ötən mövsüm klubda qalan üç legionerin bundan sonrakı taleyidi. Yəni maliyyə probleminə görə legionerləri bir-bir yola salan “qırmızı-qaralar” Kristofer Atanqana, Samuel Tette və Zurab Oçiqava ilə bağlı hansısa xəbər yaymayıb. Bəs adı çəkilən üç legioner təlim-məşq toplanışında iştirak edirmi? “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:
“Hər ikisi, həm də Tette Qəbələdədi. Komandadan ayrı, fərdi məşq edirlər. Müqavilələri var, amma komanda məşqlərində iştirak etmirlər”.


RÖYANƏ OĞUZ