"Footbal-plus.az" xəbər verir ki, məhz bu mövzunu maraqlı edən məqam isə kompensasiya məsələsidi. Çünki “qırmızı-qaralar” müqavilənin şərtlərini yerinə yetirməyibsə və “Kəpəz”i vaxtından əvvəl stadiondan məhrum edibsə, müəyyən məbləğ ödəməli olur.
Bu yöndə sualımızı Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə ünvanladıq:
qarşı tərəf sizə kompensasiya ödədimi?
“Bizim qarşı tərəfdən heç bir istəyimiz yoxdu. “Qəbələ”yə qonaqpərvərliyinə və bizim üçün lazım olan şəraiti yaratdığına görə təşəkkür edirik”.
KƏNAN BAHADIR






