“Qəbələ” legionerləri dilə tutmağa çalışır

3.07.2024 18:14 376
Ölkə futbolu / Manşet
“Qəbələ” 1-ci liqaya düşəndən sonra bütün legionerlərlə yollarını ayırmağa qərar versə də, Zurab Oçiqava ilə Kristof Atanqana hələ heyətdədi.

Bəs sözügedən əcnəbi futbolçularla razılığa gələ bilməməyin səbəbi nədi? Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a cavabı:
“Bəli, həmin iki legionerimiz komandadadı. Hazırda hər ikisiylə danışıq gedir. Razılaşmamaqdan söhbət getmir. İndi istirahətdədilər. Danışıqların davam etməsinə baxmayaraq, hələ ki, yekun qərar yoxdu”.

KAMAL SƏFƏR