“Turan Tovuz” Misli premyer-liqasında yubiley qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, Kurban Berdıyevin yetirmələri 3-cü turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0. Bu, premyer-liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib. Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadı.
Qeyd edək ki, çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. Daha əvvəl “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb.