“Turan Tovuz”un kapitanı üçün yubiley

9.04.2024 10:00 181
Ölkə futbolu
Misli premyer-liqasının 29-cu turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, Ş.Əliyev bu matçda Tovuz klubunun formasını 50-ci dəfə geyinib.

Onun yubileyi komandası üçün düşərli olub. Belə ki, “Turan Tovuz” “Sabah” üzərində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ilin yayından Tovuz klubunda çıxış edir.