Azərbaycan çempionatlarında yubiley qələbəsini qazandı

3.05.2023 11:03 297
Ölkə futbolu
Ayxan Abbasov baş məşqçi kimi Azərbaycan çempionatlarında 50-ci qələbəsini qazanıb.

“Football-plus.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisinin yubileyi Misli premyer-liqasının 32-ci turuna təsadüf edib.

42 yaşlı mütəxəssisin yubileyi “Zirə” ilə səfər matçında gerçəkləşib – 3:1.

Baş məşqçi karyerasına 2017-ci ildə Zirənin eyniadlı təmsilçisində başlayan Abbasov bu komandada 18, “Sumqayıt”da 24, “Turan Tovuz”da 8 dəfə üç xal sevinci yaşayıb.

Onun 50-ci qələbəsi 155-ci matçına təsadüf edib. Abbasov baş məşqçi kimi Azərbaycan çempionatları tarixində 50 və daha çox qələbə qazanan 22-ci mütəxəssis olub.