Emrelinin komandası 1/8 finala yüksəldi

27.09.2022 21:10 328
Ölkə futbolu
Xorvatiya kubokunda 1/16 final oyunları keçirilir.

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" səfərdə aşağı liqa təmsilçisi "Borintsi" ilə üz-üzə gəlib. Görüş Zaqreb təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə komanda 1/8 finala yüksəlib. Həmyerlimizin adı matçın iştirak ərizəsinə daxil edilməyib.