Londona qayıtdı

23.01.2024 15:30 171
Dünya futbolu
Dieqo Moreyra Fransanı tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, yenidən İngiltərədə çıxış edəcək.

“Çelsi” futbolçusunu geri qaytarıb. Rəhbərlik Dieqonun “Lion” ilə icarə müqaviləsinə xitam verib. Moreyra 2023-cü ilin iyunundan “Çelsi”nin futbolçusudu. O, London klubuna “Benfika”dan transfer edilib. 19 yaşlı portuqaliyalının müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.