Tyaqo Alkantaranın “Barselona” ilə əməkdaşlığı çox qısa çəkib. O, ötən ay dəvət aldığı məşqçilər korpusunu tərk edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı keçmiş futbolçunun “Barselona”dakı işi yalnız bir ay çəkib. O, iyulun 17-də formasını daşıdığı sabiq klubunda Hans-Diter Flikin köməkçisi təyin edilmişdi. Tyaqonunun belə tez gedişinin səbəbi açıqlanmır. Onu məşqçi korpusunda klubun gənclərdən ibarət komandasında da işləyən Arnau Blanko əvəzləyib.
İyulun 7-də futbolçu karyerasını başa vuran Alkantara Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ikiqat qalibi, 7 dəfə Almaniya və dördqat İspaniya çempionudu. Onun İspaniya yığmasında 46 oyuna 2 qol vurduğunu da bildirək.