Tyaqo Alkantara karyerasını başa vurur

12.07.2024 17:56 322
Dünya futbolu
İspaniya yığmasının və “Liverpul”un sabiq yarımmüdafiəçisi Tyaqo Alkantara karyerasını başa vurmaq qərarına gəlib.

Bu barədə italiyalı futbol insayderi Fabritsio Romano sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, 33 yaşlı ispaniyalı futbolda başqa rolda təmsil olunacaq. Daha öncə mətbuatda Tyaqonun Hans-Diter Flikin “Barselona”dakı məşqçilər korpusunda yer ala biləcəyi barədə məlumatlar yayılmışdı. Xatırladaq ki, Alkantaranın sonuncu klubu 2020-ci ildən çıxış etdiyi “Liverpul” olub.

Ötən mövsümü zədə üzündən buraxmalı olan futbolçu dörd il ərzində “qırmızılar”ın heyətində 98 oyuna çıxıb və 3 qol, həmçinin 6 məhsuldar ötürmə ilə fərqlənib. Daha əvvəl “Bavariya”da və yetirməsi olduğu “Barselona”da forma geyib, hər iki klubun heyətində Çempionlar Liqasının qalibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul