Artıq “Barselona”da Xavi Ernandesin karyerasını rəsmən sona çatmış hesab etmək olar.
“Football-plus.az” xəbər verir ki, rəhbərlik onunla əməkdaşlığı davam etdirməmək qərarına gəlib.
Komandaya bundan sonra Hans-Diter Flik başçılıq edəcək. Onun təqdimatı çərşənmə axşamına təyin olunub. Maraqlıdı ki, alman mütəxəssis sabiq klubu “Bavariya”nın təklifini geri çevirib. Flik “Barselona”da Xaviyə ödənilən maaşdan 30 faiz az məvacibə razılaşıb. 59 yaşlı çalışdırıcının İspaniya klubu ilə müqaviləsinin müddəti ikiiliyə razılaşdırılıb.