“Barselona” yeni oyunçusuna 400 milyon avro qiymət qoydu

20.06.2023 20:51 239
Dünya futbolu
“Barselona” heyətinə daha bir yeni futbolçu cəlb edib.


"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Kuştoşiya”dan (Xorvatiya) müdafiəçi Mikail Fayeni transfer edib. 18 yaşlı senqallı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Barselona” yeniyetmə oyunçunun müqaviləsinə 400 milyon avroluq təzminatla bağlı bənd də daxil edib.

Qeyd edək ki, Faye 2023-cü ilin fevralından çıxış etdiyi “Kuştoşiya”da keçirdiyi 13 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.