“Barselona”nı daha bir oyunçu tərk edir.
“Bornmut” Xulian Arauxonu transfer edəcək. “Sky Sports”un məlumatına görə, İngiltərə klubu 22 yaşlı müdafiəçi üçün 8 milyon funt sterlinq ödəyəcək. Meksikalı futbolçu avqustun 12-də yeni klubu ilə müqavilə imzalamaq üçün İngiltərəyə gedəcək.
Qeyd edək ki, Arauxo “Barselona”ya 2023-cü ilin yanvarında transfer olunub.