İngiltərə - Azərbaycan matçı bu arenada keçiriləcək

15.08.2024 17:53 320
Ölkə futbolu / Yığma
21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

F qrupu çərçivəsində oktyabrın 15-də təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda oynanılacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.