Azərbaycan - Lüksemburq matçının məkanı bilindi

11.07.2024 19:31 305
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

"Football-plus.az” xəbər verir ki, F qrupunda sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik məlum deyil.